(Əvvəli ötən saylarımızda)
Əgər yeni quruluşun ilk aylarında Bakıdakı Litva konsulunun özünün şəxsi təhlükəsizliyinin təmin edilməsi və əmlakının toxunulmazlığı məsələsi Xalq xarici işlər komissarlığı səviyyəsində qaldırılırdısa, onda Azərbaycanda yaşayan sıravi Litva vətəndaşlarının vəziyyətini təsəvvürə gətirmək heç bir çətinlik yaratmır.
Göstərilən sənədlərlə yanaşı, biz Litva konsulluğunun Azərbaycan SSR-nin müxtəlif dövlət strukturlarına, Bakı şəhər Sovetinin icraiyyə komitəsinə və habelə respublikanın mərkəzi partiya təşkilatının rəhbərliyinə ünvanladığı 50-dən artıq Notanın izlərini Bakı və Vilnüsün arxiv fondlarında müəyyən etmişik.
Onların əksəriyyətində, yeni hökumət orqanları tərəfindən həbs edilmiş və ya məhkum olunmuş litvalıların azadlığa buraxılması, dörd yol ağzında mərmi və güllə yağışına düşmüş soydaşların xilas edilməsi, həmvətənlərin Bakıdakı ticarət yerləri və mənzillərinin qeyd-şərtsiz müsadirədən qorunması, maddi zərərə görə təzminatın ödənilməsi və yaxud vətənlərinə dönmək istəyən Litva vətəndaşlarına icazələrin alınması məsələləri qoyulmuşdu.






Beləliklə, unutmaq olmaz ki, Bakıdakı Litva konsulluğu o zaman yalnız rəsmi yazışmalar aparmırdı, təkcə Litva əsilli şəxslərə sənədlər verməklə, etibarnamələri qanuni şəklə salmaqla və digər vacib kağızları leqallaşdırmaqla məşğul olmurdu.
(Žurnalisto Kęstučio Oginsko interviu su uždrausto laikraščio redaktoriumi)








